Bülbülün Memorial Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Muzeyin direktoru Fərqanə Cabbarova giriş sözündə Vətən müharibəsindən, Zəfər Gününün tarixindən söhbət açıb.

Respublika və beynəlxalq müsabiqələr laureatı Əli Vahidov, Azərbaycan Milli Konservatoriyasının (AMK) tələbələri Rafiq Ağayev, Şəkurə Rəhimli, AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdi, müsabiqələr laureatı Sadıqov Yusif çıxış ediblər.

Sonda "Aytam" Uşaqların Mədəni-Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı Zəfər tarixindən söz açaraq, tədbir iştirakçılarını təbrik edib.