Bakıdakı Rus Evində (RİMM) Rusiya universitetlərinin təhsil sərgisi çərçivəsində rus və Azərbaycan dillərində "Rus ədəbiyyatı. Tarix və müasirlik" adlı fotosənədli ekspozisiya açılıb.

Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, ekspozisiyanın kuratoru tarixçi, kulturoloq, sənədli televiziya və sərgi layihələrinin müəllifi Anna Esparsadır.

Moskva şəhər Tərcümə İnstitutunun və Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə Bakıdakı Rus Evi tərəfindən təşkil olunan sərgi noyabrın 15-dək davam edəcək.