Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Payız əfsanələri – 2022" adlı beynəlxalq müsabiqə keçirilib.

Müsabiqədə 28 nömrəli Musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdlərindən Aidə Qəhrəmanova və Aysun Hacıyeva III yerə, qanun aləti ixtisası üzrə şagirdi Xədicə Balabəyova II yerə, Ə.Bakıxanov adına 6 nömrəli Musiqi məktəbinin Xalq çalğı alətləri şöbəsinin kamança ixtisası üzrə şagirdi Xalidə Bayramova I yerə layiq görülüblər.

L.M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin şagirdləri – skripka ixtisası üzrə Ramizə Məmmədli “Qran-pri” mükafatına, Kənan Bağırov, Aysu Məmmədli və fortepiano ixtisası üzrə Rumiyyə Mustafazadə I, Elmira Hüseynova II yeri qazanıblar.