Lüksemburq Böyük Hersoqluğunun təşkilatçılığı ilə 11-13 noyabr tarixində keçirilən 62-ci Beynəlxalq Lüksemburq Bazarında ölkəmiz də təmsil olunub. Lüksemburqun Baş naziri Ksavye Bettel ölkəmizin stendini ziyarət edib.

Azərbaycanın Lüksemburqdakı Səfirliyinin, “Azersun”, “Meyseri”, “Silkway Cargo” şirkətlərinin dəstəyi və bu ölkədə yaşayan soydaşlarımız Seymur Əhmədov və Samir Məmmədovun təşkilatçılığı ilə qurulan stend böyük maraqla qarşılayıb. Baş nazirə Azərbaycanın tarixi, mədəniyyəti, məhsulları haqqında məlumat verilib. Ksavye Bettel milli mətbəximizin təamlarından dadıb.

Əməkdar artist, pianoçu, bəstəkar və aranjimançı İsfar Sarabski və tarzən Bəhruz Zeynal Azərbaycan stendində musiqi proqramı ilə çıxış ediblər. Azərbaycan musiqisi xeyriyyə bazarına xüsusi rəng qatıb.