14-16 noyabr tarixində Cənubi Koreyanın Andonq şəhərində Tarixi Şəhərlər Liqasının 18-ci Dünya Konfransı keçirilir. Konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı Səfirliyinin məsul şəxsləri də iştirak edirlər.

Konfrans “İcmaya əsaslanan gələcəyə yönəlmiş tarixi şəhər” mövzusuna həsr olunub.

Tədbir çərçivəsində Cənubi Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko və Yunanıstanın Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb. Sənəd dörd ölkənin tarixi şəhərlərinin  müxtəlif layihələrdə əməkdaşlığını ehtiva edir.

Azərbaycan nümayəndə heyəti konfransda iştirak edən Türkiyənin Bursa şəhəri Osmanqazi Bələdiyyəsinin başçısı Mehmet Dündar və Tarixi Şəhərlər Liqasının baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava ilə də görüşlər keçirib.