16 noyabr dünyada Tolerantlıq Günü kimi qeyd olunur. Əlamətdar gün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “16 noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual sərgi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi qəbul edilir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban şəraitdə yaşayırlar. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır, onun həyat tərzidir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Tolerantl%C4%B1q_Gunu/index.htm linkindən istifadə edə bilərlər.