Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə videomaterial və daycest hazırlanıb, həmçinin ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, videomaterialda Milli Dirçəliş Gününün tarixinə nəzər salınaraq o illərin xronologiyası diqqətə çatdırılır. Bildirilir ki, 1988-ci ilin noyabrında yüz minlərlə soydaşımız Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Qarabağda törətdiyi təxribatlara və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq Bakıda meydanlara axışıb. Xalqın birliyi sonradan milli azadlıq hərəkatına çevrilib və onun qələbəsi ilə başa çatıb.

Azərbaycan Prezidentinin 1992-ci ildə imzaladığı sərəncamla 17 noyabr tarixi ölkəmizdə Mİlli Dirçəliş Günü elan edilib. 

“17 Noyabr – Milli Dirçəliş Günü” adlı daycestdə isə məlumat xarakterli yazı ilə yanaşı, əlamətdar günlə bağlı 30-dan çox məqalə təqdim olunub. Bundan əlavə, kitabxanada ənənəvi kitab sərgisi də açılıb.