Mədəniyyət Nazirliyi Apellyasiya Şurasının noyabrın 15-də keçirilən növbəti iclasında  nazirlikdə vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 21 aprel 2022-ci il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə dair Tural Bəhrəm oğlu Cəfərli, Rəhman Habil oğlu Qurbanov və Babək İlqar oğlu Cəfərovun apellyasiya şikayətlərinə baxılıb.

İclas zamanı Babək Cəfərovun müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli PMŞ/3-2-2022-2908 nömrəli və 1 noyabr 2022-ci il tarixli PMŞ/3-2-2022-3122 nömrəli məktubları ilə təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən, Şura üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Tural Cəfərli və Rəhman Qurbanov Şuranın iclasında iştirak etmədiyindən onunla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onun iştirakı olmadan müzakirə edilib. Sonda  müvafiq qərarlar qəbul edilib.

Hər üç şikayətlə əlaqədar Apellyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək qüvvədə saxlanılıb.