Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əli Əmirov adına Mədəniyyət Sarayı (Qaradağ rayonu Lökbatan qəsəbəsi) Milli Dirçəliş Günü münasibətilə N saylı hərbi hissədə bayram konserti təşkil edib.

Baş İdarədən bildirilib ki, əvvəlcə Dövlət himni səsləndirilib və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Milli Dirçəliş Gününün tarixi haqqında məlumat verilib.

Hərbi hissənin komandiri çıxış edərək bayram münasibətilə hərbçiləri təbrik edib, Mədəniyyət sarayının kollektivinə təşəkkürünü bildirib.

Bədii hissədə Mədəniyyət sarayının “Xarıbülbül” rəqs kollektivi “Qarabağ süitası” adlı rəqsi və solistlərin ifaları əsgər və zabitlər tərəfindən alqışlara qarşılanıb.

Sonda yaradıcı kollektiv hərbi hissə tərəfindən diplomlarla təltif edilib.