Əməkdar artist, pianoçu və bəstəkar İsfar Sarabski 6-19 noyabrda keçirilən Roma Caz Festivalında iştirak edib.

Tanınmış cazmen festival çərçivəsində noyabrın 15-də öz kvarteti ilə Romadakı “Parco della Musica” konsert zalının səhnəsində “Planet” albomundan mahnılar ifa edib. Beynəlxalq müsabiqələr laureatının ifası dinləyicilər tərəfindən maraqla qarşılanıb.

Roma Caz Festivalı hər il noyabrda təşkil olunur və dünyanın hər yerindən məşhur ifaçıları bir araya toplayır. Festivalın məqsədi təkcə caz musiqisini dəstəkləmək və məşhurlaşdırmaq deyil, həm də dinləyicilər üçün müsbət atmosfer yaratmaqdır.