Rusiyada yaşayan tanınmış müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov və bu ölkədə şou-biznesin məşhur simalarından "Jasmin" ləqəbli müğənni Sara Manahimova birgə yeni layihəyə imza atıblar.

Müğənnilərin dueti ilə "Əksolunma” adlı yeni klip təqdim olunub. Mahnının musiqisi Andrey Slonçinskiyə, sözləri Marqarita Doroşeviçə məxsusdur.

Klip artıq Eminin rəsmi "YouTube" kanalında, mahnı isə bir çox musiqi platformalarında yayımlanır.

Jasminlə işbirliyindən danışan Emin deyib: "Mənə elə gəlir ki, duetimiz harmonik alınıb. Sözügedən nəğmə lirika və payız əhvalı ilə doludur. Ümid edirik ki, o, dinləyicilərin xoşuna gələcək”.

Lalə