Məşhur amerikalı kinorejissor Kventin Tarantino 2023-cü ildə səkkizseriyalı film çəkməyi planlaşdırır.
Rejissor bu barədə özünün “Kino haqqında düşüncələr” kitabının təqdimatı zamanı danışıb. K.Tarantino bundan əvvəl “Təcili yardım” serialını, həmçinin “C.S.I. Cinayət yeri” filminin iki bölümünü çəkib. Lakin o, gələcək layihənin təfərrüatını açıqlamayıb.
Qeyd edək ki, 2019-cu ildə K.Tarantino “Ov qanunu” (“The Law of the Hunt”) adlı film çəkmək istədiyini açıqlamışdı. Lakin hələ bu ideyasını reallaşdırmayıb.
2016-cı ildə isə o, müsahibələrinin birində sənət karyerası boyunca 10 film çəkməyi düşündüyünü, artıq 9 filmi çəkdiyini qeyd edərək, bir-iki film də çəkəndən sonra rejissorluğun daşını atacağını demişdi. Həmçinin bildirmişdi ki, 75 yaşına çatsa, bəlkə ondan sonra yeni ideyaları da ola bilər. Hazırda K.Tarantino 59 yaşındadır.