F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə eşitmə və nitq məhdudiyyətli uşaqlarla “Oxu saatı” layihəsində görüş keçirilib.

Kitabxanadan bildirilib ki, “Oxu saatı”nın qonağı Qüsursuz Nitq və Korreksiya Mərkəzinin direktoru, defektoloq-loqoped Esmira Qafarova olub.

Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbinin şagirdləri dünya xalqlarının müxtəlif nağıllarını dinləyiblər.

Nağılları jest dilində “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin sədr müavini, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva təqdim edib.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların sosial təlabatını təmin etmək, həmçinin onlarda kitaba olan marağı artırmaqdır.