ATMU-da respublika elmi-praktik konfransı

 

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII respublika elmi-praktik konfransı keçirilib.

Universitetin rektoru İlham Mədətov iştirakçıları salamlayaraq mövzunun aktuallığına diqqət çəkib. Qeyd olunub ki, konfransa ümumilikdə 54 məruzə təqdim edilib.

Onlayn formatda təşkil olunan konfransda əvvəlcə ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri dosent Nəsirulla Nəsirlinin “Azərbaycanda müalicə-sağlamlıq turizminin potensialı və perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

ATMU-nun professoru Məhərrəm Zülfüqarlı “Sovet idarə sisteminin antihumanist mahiyyəti (1920-1921-ci illər)” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycan İnqilab Komitəsinin 1920-ci ilin mayından 1921-ci ilin mayına kimi qəbul etdiyi 368 dekretdə sovet hakimiyyətinin mahiyyəti əksini tapıb.

ATMU-nun Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynovun “Quba-Xaçmaz iqtisadi rayonunda tarixi-mədəni abidələrin turizmdə istifadə imkanlarının müəyyənləşdirilməsi”, Dillər kafedrasının müdiri dosent Əzizə Məmmədovanın “Naxçıvan iqtisadi rayonunda mineral sular”, dosent Xumar Vahabovanın “Naxçıvan bölgəsinin təbiət abidələri” və digər məruzələr də maraqla qarşılanıb.