Prezident İlham Əliyevin noyabrın 28-də imzaladığı sərəncamla Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.
AZƏRTAC-ın yeni rəhbəri həmin gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən kollektivə təqdim olunub.
Vüqar Əliyev bu təyinatadək AZƏRTAC-da çalışıb.
Xatırladaq ki, 2002-ci ildən AZƏRTAC-a rəhbərlik etmiş Aslan Aslanov dövlət başçısının noyabrın 19-da imzaladığı sərəncamla vəzifəsindən azad edilib.