Noyabrın 29-dan dekabrın 5-dək Rusiya paytaxtında postsovet ölkələrinin iştirakı ilə IV Beynəlxalq “Moskva premyerası” kinofestivalı keçirilir.

Festivalın proqramına Azərbaycan kinosunun 3 nümunəsi – “Bir cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “İstintaq”, həmçinin  Azərbaycan-Rusiya istehsalı olan  “Qobelen” və “Alisanın bir günü” (qısametrajlı) filmləri də daxil edilib.

11 ölkənin iştirak etdiyi festivalın münsiflər heyətində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvü, Əməkdar incəsənət xadimi Ayaz Salayev də yer alıb.

Qeyd edək ki, “Moskva premyerası” festivalı ilk dəfə 2003-cü ildə SSRİ Xalq artisti Aleksey Batalovun rəhbərliyi ilə gerçəkləşib. Uzun aradan sonra, 2019-cu ildən festival MDB dövlətlərinin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondu ilə əməkdaşlıq zəminində bir kinoforum olaraq beynəlxalq status qazanıb. Festivalın məqsədi postsovet ölkələrinin vahid mədəniyyət və kinematoqrafiya məkanını inkişaf etdirməkdir.

Səbinə