Qobustan Milli Tarix-Bədii Qoruğu məktəblilər üçün yeni layihə – “Muzey mədəniyyəti məktəbdən başlayır” adlı yarışma təşkil edir.

Qobustandakı muzeyi və abidələri ziyarət edən məktəblilər, ziyarət zamanı kollektiv foto çəkdiriblərsə, həmin şəkilləri dekabrın 10-dək qoruğun office@gobustan-rockart.az e-mail ünvanına göndərməklə yarışa qatıla bilərlər.

Yarışmanın şərtlərinə əsasən, Qobustan Milli Tarix-Bədii Qoruğunun sosial şəbəkə hesablarındakı səhifədə bəyənmə və paylaşma sayı daha çox olan məktəbli kollektivinin fotosu qalib hesab olunacaq və onlara həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Yarışmanın keçirilməsi Qobustan abidələrinin məktəblilər arasında daha geniş şəkildə təbliği məqsədi daşıyır.

Yarışın qalibi dekabrın 15-də elan olunacaq.