Avstriyanın paytaxtı Vyanada Milad bayramı öncəsi ənənəvi “Beynəlxalq Bazar” festivalı pandemiya səbəbindən yaranmış ikiillik fasilədən sonra yenidən təşkil olunub.

BMT-nin Vyana Bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyası tərəfindən təşkil olunan xeyriyyə tədbiri müxtəlif ölkələrin mətbəx nümunələrinin dadına baxmaq, folklor qruplarının rəqs və musiqi proqramını seyr etmək istəyənlər üçün əla fürsətdir.

Xeyriyyə tədbirində iştirakçı ölkələr mədəni proqramla çıxış edirlər. Azərbaycanın Avstriyadakı Səfirliyi də festivalda ölkəmizi təmsil edib. Milli mətbəximizin ləziz yemək və şirniyyatları, eləcə də milli suvenirlər iştirakçılara təqdim olunub.

Səfirliyin qadın diplomatlarının və səfirlik əməkdaşlarının xanımlarının iştirak etdiyi festivaldan əldə edilən vəsait BMT xətti ilə yardıma ehtiyacı olan uşaqlar üçün müxtəlif layihələrə sərf olunacaq.

İlona