Ölkəmizi ƏSA Teatrı təmsil edir

 

2-12 dekabr tarixlərində Türkiyənin İzmir şəhərində ənənəvi teatr festivalı keçirilir. Mədəniyyət və İncəsənət üçün Sosial Araşdırmalar Vəqfi (TAKSAV) tərəfindən təşkil olunan 10-cu Beynəlxalq İzmir Teatr Festivalına Azərbaycanın inklüziv teatrı olan ƏSA Teatrı da dəvət edilib.

Festivalda Türkiyənin müxtəlif şəhərləri, eləcə də Azərbaycanla yanaşı, Uruqvay, İraq, Ukrayna, Almaniya kimi ölkələr təmsil olunur.

ƏSA Teatrı dekabrın 10-da İzmir Sənət Mərkəzinin səhnəsində “Çıxış yoxdur” tamaşasını təqdim edəcək. Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər.