Bakıdakı Rus Evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi) “açıq mikrofon” formatında növbəti yaradıcılıq axşamı keçirilib.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.

Bakıdakı Rus Evində fəaliyyət göstərən ədəbiyyat klubunun növbəti yaradıcılıq gecəsi dekabrın 9-da keçiriləcək.