Nazirliyin əməkdaşları üçün təlim keçirilib

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5-7 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin rəhbər vəzifəli şəxsləri üçün “Liderlik və idarəetmənin əsasları“ mövzusunda nəzəri və praktiki hissələrdən ibarət təlim keçirilib.

Təlim zamanı DİM-in əməkdaşları tərəfindən a lider kimdir, niyə liderə ehtiyac var, menecer və liderin fərqi barədə ətraflı söhbət açılıb.

Eyni zamanda liderlik üslubları, rəhbəri effektiv edən vərdişlər, hədəflərin müəyyənləşdirilməsi, planlaşdırma, nəzarət, qiymətləndirmə, motivasiya, vaxtın idarə edilməsi və s. izah edilib, və mövzu ilə əlaqədar yaranan suallara aydınlıq gətirilib.

Tədbir zamanı iştirakçılar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.