Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Şuşa İli”nə müxtəlif layihələrlə öz töhfəsini verib.

Muzeydən bildirilib ki, il ərzində silsilə tədbirlər, sərgilər, konfranslar həyata keçirilib.

Sosial şəbəkələr üzərindən paylaşılmış “Cənnətim Qarabağ” layihəsi çərçivəsində qədim Qarabağ torpağının yetişdirdiyi ayrı-ayrı incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş otuzdan artıq təqdimat olub. Muzeyin fondunda qorunan nadir eksponatlar əsasında hazırlanan rubrikaya son videoçarxla yekun vurulub.