28 noyabr –  9 dekabr tarixlərində Polşanın paytaxtı Varşavada Lex Kaçinsi adına Milli Dövlət İdarəçilik Məktəbi tərəfindən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına cəlb olunan ölkələrin nümayəndələri üçün dövlət qulluğu sahəsində təlim keçirilib.

Təlimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini İnsan kapitalının idarə edilməsi şöbəsinin əməkdaşı Araz Əlizadə təmsil edib. O, Polşa Respublikasının İnkişaf Fondları və Regional Siyasət Nazirliyində dövlət qulluğu mövzusunda müxtəlif təlimlərə qatılıb. Təlimlər zamanı Azərbaycanın və Polşanın mövcud qanunvericilik aktları ilə yanaşı, dövlət qulluğuna dair müxtəlif mövzular da müzakirə edilib və təcrübə mübadiləsi həyata keçirilib.

Təlimlər çərçivəsində A.Əlizadə Polşa Respublikasının inkişaf fondları və regional siyasət naziri Qreqoj Puda tərəfindən qəbul edilib.