Filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru, AMEA-nın həqiqi üzvü Nərgiz Arif qızı Paşayeva Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev dekabrın 13-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, dekabrın 13-ü Nərgiz Paşayevanın doğum günüdür. O, 1962-ci ildə anadan olub.
Nərgiz Paşayevanı yüksək dövlət təltifi və yubileyi münasibətilə təbrik edirik.