Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti (Türkiyə) arasında əməkdaşlıq protokolu imzalanıb.
Protokolu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Bursa Uludağ Universitetinin rektoru Ahmet Saim Kılavuz imzalayıblar.
Sənəd türk dövlətlərinin mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, universitetin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi kimi müddəaları özündə ehtiva edir.
Fond və universitet arasında Türk dünyasının qədim və zəngin mədəni irsinin qorunması və tanıdılması sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutulur.
1975-ci ildə əsası qoyulan Bursa Uludağ Universiteti Türkiyənin ən böyük ali təhsil ocaqlarından biridir. Universitetin 15 fakültəsi, 61 mindən artıq tələbəsi var, nəzdində 4 institut, 3 kollec, 15 peşə məktəbi fəaliyyət göstərir.