Bakıdakı Rus Evinin təşkilatçılığı il dekabrın 13-də tarixçi, publisist Teymur Atayevin “Dmitri Şostakoviçin son bəstələri” kitabının təqdimatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının ifasında konsert keçirilib.

Tədbiri Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov açaraq kitabın müəllifi Teymur Atayevi təqdim edib.

Kitabın təqdimatı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinanın hazırladığı konsert proqramı ilə müşayiət olunub. A.İnyakina D.Şostakoviç şəxsiyyətinin Azərbaycan musiqisi ilə bağlılığından söz açıb.

Musiqili gecənin proqramında Dmitri Şostakoviçin, eləcə də onun sinfinin məzunları olmuş Qara Qarayev və Elmira Nəzirovanın əsərləri yer alıb.

Konsertdə Alyona İnyakina, Əməkdar artist Anton Ferştandt, BMA-nın baş müəllimləri Lalə Muxtarova, Nərgiz Kəngərli, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Azərbaycan Dövlət Akademik Filarmoniyası Dövlət Xor Kapellasının artisti Kamilla İmanova, Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, həmçinin BMA-nın tələbələri Nəriman Məsimov, Erol Rzayev, Zərrin Əliyeva, Osman Mustafazadə, Humay Hacızadə çıxış ediblər.

İlona