“TEAS Press” Nəşriyyat Evinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Gənclərin roman müsabiqəsi”nin nəticələri açıqlanıb. Yeddi ay davam edən və üç mərhələdən ibarət seçim prosesinin yekunlarına əsasən, 3 gənc yazıçı qalib olub.

Birinci yerə “Gecənin ən qaranlıq anı” romanı ilə Əşrəf Əşrəfov, ikinci yerə “Nikolas Bonnet – Şərqə aparan hekayə” əsəri ilə Seymur Həmzəyev, üçüncü yerə “Xanədan” romanı ilə Pərvin İsmayılov layiq görülüb.

Qaliblərə pul mükafatı təqdim olunub. Birinci yerin sahibinin əsərinin “TEAS Press” nəşriyyat evi tərəfindən nəşri və təqdimatının keçirilməsi nəzərdə tutulur.

Müsabiqənin keçirilməsində məqsəd ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni istedadların və imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını, eləcə də roman janrı təşviq etməkdir.