31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bursanın Ördekli Kültür Mərkəzində Beynəlxalq Muğam Mərkəzi (BMM) tərəfindən nəşr edilən “Salam, Məşədi” kitabının təqdimatı keçiriləcək.

Dekabrın 29-da təşkil ediləcək tədbir 2022-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” olmuş Bursa və həmin estafeti bu şəhərdən alan mədəniyyət paytaxtımız Şuşaya həsr olunacaq.

Bursa Osmanqazi Bələdiyyəsi, Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi, Dünya Ahıska Türkləri Birliyi və digər qurumların iştirakı ilə keçiriləcək təqdimatda BMM-dən də nümayəndələrin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, BMM-in nəşrləri seriyasından çap edilən kitab (müəllif – filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı) şuşalı xanəndə, ömrünün mühüm bir mərhələsi qardaş Türkiyə ilə bağlı olan Məşədi Məhəmməd Fərzəliyevin (1872-1962) 150 illiyinə həsr edilib.

Lalə