Lənkəran RMİ-nin təşkilatçılığı ilə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində həvəskar rəssam Lalə Həsənovanın “Solmayan çiçəklər” adlı fərdi sərgisi təşkil olunub.

RMİ-nin rəisi Şahin Şahbazov bildirib ki, sərgidə nümayiş olunan sənət əsərləri məna və məzmun baxımından olduqca maraqlı, diqqətçəkəndir. Bu əsərlər rəssamın incəsənət duyumu və sənətə olan sevgisindən xəbər verir.

“ZZ Art Center”in müəllimi Nərgiz Baxşızadə qeyd edib ki, bu cür sərgilərdə yaradıcı insanların qabiliyyətləri üzə çıxır, sənət əsərləri ilə bağlı fikir mübadilələri aparılır.

Sonda çıxış edən Lalə Həsənova təəssüratlarını bölüşüb. İştirakçılar rəsm əsərləri, rəngarəng dekorativ sənət nümunələri – toxuma və tikmə işləri ilə tanış olublar.