Lənkəran Dövlət Dram Teatrında həvəskar aktrisa kimi fəaliyyət göstərmiş Məqsudə Əliyeva uzun sürən xəstəlikdən sonra, 2022-ci il dekabrın 8-də, 57 yaşında dünyasını dəyişib.

Məqsudə Həsənağa qızı Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1981-ci ildən N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında həvəskar aktrisa kimi fəaliyyət göstərib. “Mahmud və Məryəm”də qulluqçu qız, “Vicdanın hökmü”ndə rus qızı, “Pul dəlisi”ndə solist, “Qaraca qız”da Nərgiz, “Onun iki qabırğası”nda Qumaş kimi rollarda çıxış edib.

Televiziya tamaşaçılarının yadında 2016-cı ildə yayımlanan “Günəşim ol” teleserialında (Azad Azərbaycan kanalı) Zərnişan obrazı ilə qalıb.

Allah rəhmət eləsin.