Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) növbəti ümumi yığıncaq keçirilib.

Yığıncaqda ARKİ sədri Şəfiqə Məmmədova hesabat məruzəsi ilə çıxış edib.

Ötən müddətdə həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub, perspektiv plan müəyyənləşdirilib.

2023-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin, Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının 100, görkəmli kinorejissor Rasim Ocaqovun 90 illiyinin keçirilməsi, eləcə də tanınmış kino xadimləri ilə bağlı və digər tədbirlərin reallaşdırılması qərara alınıb.

Ümumi yığıncaqda iştirakçıların yekdil razılığı ilə Xalq artisti Şəfiqə Məmmədova yenidən ARKİ İdarə Heyətinin sədri seçilib. İdarə heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub.

Sonda Şəfiqə Məmmədova yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri seçilməsi ilə bağlı göstərilən etimada görə təşəkkürünü bildirib.