Xalq rəssamı, akademik Ömər Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev dekabrın 20-də bununla bağlı sərəncam imzalayıb. Ömər Həsən oğlu Eldarov Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, dekabrın  21-də Ömər Eldarovun 95 yaşı tamam olur. Azərbaycan heykəltəraşlıq sənətinə bir çox dəyərli əsərlər bəxş etmiş sənətkar 20 ilə yaxındır Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına da rəhbərlik edir.

Ömər Eldarovu yubileyi və yüksək dövlət təltifi münasibətilə təbrik edirik.