F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası hazırlanaraq virtual istifadəçilərə təqdim edilib.

Göstərici Qarabağ xalçaları ilə bağlı kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc olunmuş materialları əhatə edir.

Vəsaitdə ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb.

Həmçinin biblioqrafik göstəricidə görkəmli şəxsiyyətlərin Azərbaycan xalçaları haqqında fikirləri qeyd olunub.

“Qarabağ xalçaları” tövsiyə biblioqrafiyası geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Biblioqrafiya ilə bu linkdə tanış olmaq olar: https://clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/qarabag-xalcalari