Lənkəran Dövlət Dram Teatrının truppası Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq müəssisəsində və Astara rayonundakı Günərzi Qayğı Mərkəzində tərbiyə alan uşaqlar üçün İntiqam Hacılının müəllifi və quruluşçu rejissoru olduğu "Qar qızın axtarışı" nağıl-tamaşasını nümayiş etdirib.

Şaxta baba və Qar qızın başına gələn əhvalatlardan bəhs edən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Miranda Qurbanovadır. Nümayişinə dekabrın 23-də başlanılan səhnə əsərində əsas rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Hikmət Cəfərov, Emin Fərzullayev, Emil Rzayev, Təranə Fərəcova, Rauf Zeynalov, Aysel Babazadə, Şəbnəm Hüseynova və digərləri ifa edirlər.

“Qar qızın axtarışı” tamaşası yanvarın 5-dək nümayiş olunacaq.