Birləşmiş Ərəb Əmirliklərinin Dubay Şəhər Kitabxana Fondunun sədri Məhəmməd Əhməd Almur Azərbaycan dekabrın 27-də Azərbaycan Milli Kitabxanasında olub.

Qonaqla görüşən direktor Kərim Tahirov ona kitabxana haqqında məlumat verib. Diqqətə çatdırıb ki, Milli Kitabxana dünyanın 60-dan çox kitabxanası ilə əməkdaşlıq edir. Direktor gələcəkdə iki ölkənin kitabxanaları arasında anlaşma memorandumunun imzalanmasını təklif edib.

Məhəmməd Əhməd Almur Azərbaycan Milli Kitabxanasını ziyarət etməkdən məmnunluğunu bildirərək gələcəkdə qarşılıqlı kitab mübadiləsini həyata keçirməyi planlaşdırdıqlarını deyib.

Qonağa Milli Kitabxana, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı nəşrlər, o cümlədən “Karabakh by the roads of victory” kitabı hədiyyə edilib.

Sonda Məhəmməd Əhməd Almur Milli Kitabxana ilə yaxından tanış olub. O, kitabxanada həyata keçirilən avtomatlaşdırma proseslərini və onlayn xidmətləri yüksək qiymətləndirib.