Bakı Xoreoqrafiya Akademiyası (BXA) tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Yeni ilə həsr olunmuş konsert-tamaşa keçirilib.

Konsertdə BXA-nın kollektivi, tələbə-şagird heyəti, şəhid və qazi ailələri 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin uşaqları və əməkdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Konsertdə Yeni ilin əsas rəmzləri Şaxta baba və Qar qız, akademiyanın tam orta təhsil pilləsinin şagirdləri və orta ixtisas təhsili pilləsi tələbələrinin ifasında müxtəlif əyləncəli rəqs nümunələri, səhnəciklər təqdim edilib. Konsert-tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.