Rəngarəng işıqlarla bəzədilmiş meydan və küçələr, küknar ağacları Yeni ilin gəlişindən xəbər verir. Qədim İçərişəhər də bayram havasındadır.

Qoşa qala qapısı meydanında və Qız qalası ətrafında təşkil olunan “Sehrli qala” festivalında qonaqları müxtəlif əyləncəli proqramlar, oyun və musiqi nömrələri, sərgi-satış yarmarkası gözləyir.

Şənliyin kiçikyaşlı qonaqlarına xüsusi zonalar ayrılıb, burada onlar üçün xüsusi əyləncəli proqramlar təşkil olunur.

Bakının qədim koloritini duymaq və Yeni ili ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə, İçərişəhərdəki “Sehrli qala”ya baş çəkin.