Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarovun “İslam İbrahimov – həyat və sənət həqiqətləri” kitabı çapdan çıxıb.

XX əsrin ikinci yarısında Azərbaycanın fikir adamlarından biri kimi tanınan estet, sənətşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, ssenarist, dramaturq və pedaqoq İslam İbrahimovun (1922-1985) 100 illik yubileyinə həsr olunmuş kitab “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitabda İ.İbrahimovun həyat və yaradıcılığı yaşadığı dövrün tarixi-ictimai, siyasi-ideoloji müstəvisində araşdırılıb.

Nəşrdən XX yüzilliyin 50-60-cı illərində Azərbaycan ədəbi-mədəni həyatında baş verən prosesləri tədqiq edən mütəxəssislər, müvafiq ixtisaslar üzrə doktorant, magistrant və tələbələr istifadə edə bilərlər.