Dövlət Yuğ Teatrında yeni tamaşa hazırlanır. “Toy dəstgahı” adlı tamaşası Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik əsəri əsasında səhnələşdirilib. Tezliklə nümayişi nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elşən Əsgərov, Elgün Həmidov, Nigar Mürsəlova, Ləman Novruzova və Günəş Mehdizadə çıxış edirlər.

Milli adət-ənənələrdən, rituallardan elementlərin də vurğulandığı tamaşanın premyerası yanvarın 15-də keçiriləcək.