Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Yeni il bayramı ərəfəsində və tətil günlərində uşaqların asudə vaxtlarını daha maraqlı keçirməsi üçün "Əsl Şaxta baba" adlı nağıl-tamaşa hazırlayıb.

Uşaqlar dekabrın 24-də ilk nümayişi olan səhnə əsərini yanvarın 5-dək izləmək imkanı əldə edəcəklər.

Rus uşaq dramaturqu Natalya Abramtsevanın əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynov, quruluşçu rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Xəlilova, xoreoqrafı Elvin Nuridir.