Gəncə Dövlət Kukla Teatrı balaca tamaşaçılarını sevindirməkdə davam edir. Gəncəli kuklaçılar Yeni il tətili günlərinə xüsusi hazırlaşıblar. Kollektiv “Sehrli məktub” adlı bayram tamaşasını ərsəyə gətirib.

26 dekabrdan 8 yanvar tarixinədək hər gün 2 seans olmaqla nümayiş olunan tamaşanın səhnələşdirəni Zülfiyyə Əliyeva, quruluşçu rejissoru Şamil Məmmədlidir.

45 dəqiqəlik tamaşada uşaqlar Yeni il şənliyinə mane olan şər qüvvələrə qarşı mübarizə aparan xeyirxah qəhrəmanların həyəcanlı və maraqlı mübarizəsini izləyəcəklər.