Qax Dövlət Kukla Teatrı yanvar ayının 2-dən 6-dək balaca tamaşaçılara yeni səhnə əsəri təqdim edəcək. Tamaşa alman uşaq yazıçısı Otfrid Proyslerin məşhur “Balaca cadugər” nağıl-povesti əsasında hazırlanıb.

Səhnə işi kukla janrı ilə canlı planda oyunun sintez formasındadır. Açıq səhnədə ifa olunacaq səhnə həllində kompozisiya da var. Əvvəlcə Şaxta baba və Qar qız uşaqlarla əyləncəli oyun quracaq, ardınca isə bu tamaşa təqdim ediləcək.

Səhnə aktının quruluşçu rejissoru Araz Mehrablı, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.