Qusar Dövlət Ləzgi Dram Teatrı balaca teatrsevərlər üçün “Qış nağılı" adlı nağıl-tamaşa hazırlayıb.

Premyerası 26 dekabr tarixində Vətən müharibəsi şəhidləri, qazı və hərbçilərin övladları üçün təmənnasız oynanılan tamaşanın nümayişləri yanvarın 4-dək davam edəcək.

Səhnə işinin quruluşçu rejissoru Bağır Əhmədov, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.