Heydər Əliyev Sarayında tanınmış müğənni, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək.

Saraydan bildirilib ki, fevralın 12-də təşkil olunacaq gecədə müğənni repertuarında yer alan mahnılarla musiqisevərlərin qarşısına çıxacaq.

Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.

Fevralın 15-16-da isə Xalq artistləri Eyyub Yaqubov və Cavan Zeynallı “Big band sound pro” qrupu (bədii rəhbər Fuad Musayev) ilə birlikdə Heydər Əliyev Sarayında konsert verəcəklər.

Biletləri “iTicket.az” saytı və şəhərin kassalarından əldə etmək mümkündür.