Yanvarın 7-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, pianoçu Toğrul Hüseynlinin “Rəşadətli uçuş” adlı solo konserti olacaq.

Konsert Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu, “Şücaətə görə medal” ilə təltif edilmiş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin (1985-2019) əziz xatirəsinə həsr olunacaq.

Gecədə Toğrul Hüseynli dünya klassik bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələrini səsləndirəcək.