Şair, folklorşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Kərəm (Ramiz Kərəm oğlu Ələkbərov; 1961-2020) haqqında kitab işıq üzü görüb.

Jurnalist Xeybər Göyyallının müəllifi olduğu “Ruhun dilində yazan şair” adlı kitab “Zərdabi” nəşriyyatında çapdan çıxıb.

Nəşrdə ötən əsrin 80-ci illərində ədəbiyyata gələn, özünəməxsus dəst-xətti ilə seçilən Ramiz Kərəmin həyat və yaradıcılığı haqqında təhlili və xatirə yazıları toplanıb. X.Göyallı tərəfindən şairin poeziyasının ideya-sənətkarlıq xüsusiyyətləri geniş təhlil edilib.

Kitabda, eyni zamanda ədəbi tənqidçi filologiya üzrə elmlər doktoru Vaqif Yusifli, folklorşünaslar – filologiya üzrə fəlsəfə doktorları Qiymət Məhərrəmli, Tahir Orucov, Sahibə Paşayeva, eləcə də bir sıra jurnalistlərin müxtəlif qəzet və saytlarda dərc olunan yazıları yer alıb.

“Mədəniyyət” qəzetinin əməkdaşı Fariz Yunislinin şairin “Mən sözdən asıldım” kitabı (2015) haqqında “Gözlərindən şeh dərən şair” adlı yazısı da kitabda verilib.