Azərbaycan

 

25 yanvar 1887 – Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 – 6.1.1938) Bakıda doğulub. Bu gün də bədii təravətini saxlayan hekayələrin müəllifidir. Repressiya qurbanı olub.

25 yanvar 1984 – Görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza İsa oğlu Şeyxzamanov (4.8.1915 – 1984) vəfat edib. Akademik Milli Dram Teatrında, kinoda (“Bir qalanın sirri”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” və s.) yaddaqalan obrazlar yaradıb.

25 yanvar 2021 – Prezident  İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

26 yanvar 1863 – Maarifçi alim, ədəbiyyatşünas və publisist Firidun bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib. Seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsindən sonra ona rəhbərlik edib. 1920-ci ilin mayında Gəncədə antisovet üsyanı zamanı güllələnib.

26 yanvar 1931 – Əməkdar rəssam, tanınmış heykəltəraş Albert Zaman oğlu Mustafayev (1931 – 4.3.2022) Şəkidə doğulub. Bakıda “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı Nizami heykəlinin, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir.

26 yanvar 1933 – Xalq artisti, bəstəkar Musa Abdulla oğlu Mirzəyev (1933 – 29.1.2016) Bakıda doğulub. Simfoniya, simfonik orkestr üçün əsərlər, kantata, vokal silsilələri, mahnıların müəllifidir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

26 yanvar 1934 – Əməkdar rəssam Elçin Muxtar oğlu Aslanov (1934-2018) Bakıda doğulub. Kitab qrafikası ilə məşğul olub, Akademik Dram Teatrında tamaşalara səhnə tərtibatı verib, “Nəsimi” bədii filminin geyim üzrə rəssamı olub.

26 yanvar 2008 – Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934 – 2008) vəfat edib. Muğam Teatrının yaradıcısı və 20 ilə yaxın bədii rəhbəri olub.

26 yanvar 2010 – Prezident İlham Əliyev məşhur cazmen, pianoçu və bəstəkar Vaqif Mustafazadənin 70 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

27 yanvar 1806 – Yazıçı, mütəfəkkir İsmayıl bəy Qutqaşınlı (1806-1869) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ rayonu) anadan olub. Fransız dilində yazdığı “Rəşid bəy və Səadət xanım” povesti ilk Azərbaycan nəsr əsəri sayılır. Çar Rusiyası ordusunda qulluq edib, general rütbəsinədək yüksəlib.

27 yanvar 1906 – Görkəmli tarixçi Sara Aşurbəyli (1906 – 17.7.2001) anadan olub. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.

27 yanvar 1912 – Əməkdar memar Fərəc Səttar oğlu Fərəcov (1912 – 7.9.1990) anadan olub.

27 yanvar 1932 – Əməkdar artist, tanınmış nağara ifaçısı Çingiz Həsənbala oğlu Mehdiyev (1932-1992) Bakıda anadan olub.

27 yanvar 1939 – Əməkdar incəsənət xadimi, ustad saz ifaçısı, aşıq Ədalət Məmmədəli oğlu Nəsibov (1939 – 14.9.2017) Qazax rayonunda doğulub. “Yeddi oğul istərəm” filmində (aşıq) çəkilib.

27 yanvar 1939 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 1939 – 18.5.2010) anadan olub. Musiqili Komediya Teatrında çalışıb. “Xoşbəxtlik qayğıları”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

27 yanvar 2014 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (2.7.1953 – 2014) vəfat edib. “Dan ulduzu” ansamblının solisti, “Laçın” instrumental ansamblının rəhbəri olub.

27 yanvar 2022 – Tanınmış teatrşünas, rejissor Şaiq Cabir oğlu Səfərov (18.12.1954 – 2022) vəfat edib. Müxtəlif teatrlarda çalışıb, Azərbaycanda beynəlxalq teatr tədbirlərinin təşkilində yaxından iştirak edib. 

 

Dünya

 

25 yanvar 1759 – Şotland şairi Robert Berns (Robert Burns; 1759 – 21.7.1796) anadan olub. Şairin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram kimi qeyd olunur.

25 yanvar 1874 – İngilis yazıçısı Vilyam Somerset Moem (William Somerset Maugham; 1874-1965) anadan olub. Əsərləri: “Ehtiraslar yükü”, “Ay və quruş” (romanlar), “Teatr” (povest) və s.

25 yanvar 1938 – Rus şairi və müəllif mahnıları ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938 – 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Tayqanın sahibi” və s. filmlərdə çəkilib.

 

26 yanvar 1925 – Amerika aktyoru, rejissor Pol Nyuman (Paul Leonard Newman; 1925-2008) anadan olub.

 

27 yanvar 1756 – Dahi Avstriya bəstəkarı Volfqanq Amadey Motsart (Joannes Chrysostomus Wolfgang Theophilus Mozart; 1756 – 5.12.1791) Zalsburq şəhərində doğulub. 6 yаşındаn musiqi bəstələməyə bаşlаyıb. Almаn dilində ilk оpеrаnın (“Hərəmхаnаdаn qаçırılmа”), müхtəlif аlətlərlə оrkеstr üçün 40-а yахın əsərin müəllifidir.

27 yanvar 1775 – Görkəmli alman filosofu Fridrix Vilhelm Yozef fon Şellinq (Friedrich Wilhelm Joseph von Schelling; 1775-1854) anadan olub. Əsərləri: “İncəsənət fəlsəfəsi”, “Etiraf fəlsəfəsi” və s.

27 yanvar 1826 – Rus yazıçısı Mixail Yevqrafoviç Saltıkov-Şedrin (1826-1889) anadan olub. Əsərləri: “Qubеrniyа оçеrkləri”, “Bir şəhərin tаriхi”, “Nəcib nitqlər”, “Həyаtın təfərrüаtı” və s.

27 yanvar 1832 – İngilis yazıçısı, filosof Luis Keroll (Lewis Carroll – əsl adı Charles Lutwidge Dodgson; 1832-1898) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Alisa Möcüzələr ölkəsində”, “Alisa Əyri güzgülər ölkəsində”) müəllifidir.

Hazırladı: V.Orxan