Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq “Hisslər və rəsmlər” adlı sərgiyə həvəskar rəssamların əsərləri qəbul olunur.

Xətai Sənət Mərkəzindən bildirilib ki, müəlliflər əsərlərin mövzusu, ölçüsü və texnikası baxımından sərbəstdirlər. Sərgiyə əsərlərin fotoları ilə yanaşı ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin hisslerim2023@gmail.com elektron adresinə göndərilməsi vacibdir.

Bir müəllif ən çox 3 əsər göndərə bilər. Son müraciət tarixi 25 fevraldır. Əl işi seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin sosial media hesablarında yayımlanacaq və onlara sertifikat veriləcək. Tamaşaçıların seçdiyi ən yaxşı rəsmin müəllifi də təltif olunacaq.

Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.