Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinorejissor Arif Babayevin (1928-1983) şəxsi arxiv fondu yaradılıb.
Şəxsi arxiv fonduna görkəmli sənətkarın 200-dən çox fotosənədi, ssenariləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib. Sənədlər Arif Babayevin qardaşı, Xalq artisti, rejissor Vasif Babayev tərəfindən təhvil verilib.
Arif Babayev “Uşaqlığın son gecəsi” (1968), “Gün keçdi” (1971), “Ömrün ilk saatı” (1973), “Alma almaya bənzər” (1975), “Arxadan vurulan zərbə” (1977), “Bizi bağışlayın” (1979), “Birisigün, gecəyarısı...” (1981) bədii filmlərinin quruluşçu rejissoru olub.
O, Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuş “Birisigün, gecəyarısı…” filminə görə respublika Dövlət mükafatına layiq görülüb.
Şəxsi arxiv fondu Arif Babayevin 95 illik yubileyi münasibətilə təşkil olunub.