Naxçıvan Dövlət Kukla Teatrı xalq nağılları, yerli və xarici dramaturqların əsərləri əsasında repertuarını daim zənginləşdirir. Teatrda Bayram İsgəndərlinin “Yalanlara inanmayın” pyesi üzərində yaradıcılıq işinə başlanılıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı teatrın musiqi hissəsinin müdiri Əli Məmmədov, kuklaların müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Sabir Məmmədovdur. Əsərin ideyası yalanın, məkrin, fitnə-fəsadın ifşası, düzlüyün müdafiəsidir.
Yaradıcı heyət balacaları qarşıdan gələn Novruz bayramı günlərində də sevindirməyə hazırlaşır. Vüqar Haqverdiyevin “Saçları səməni oğlan” tamaşası bayram tətilində hər gün nümayiş olunacaq.